XƏBƏRLƏR
Folklorşünas Əpoş Vəliyev Xıdır Nəbi mərasimindən danışıb
AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev AZƏRTAC-a Xıdır Nəbi bayramı ilə bağlı müsahibə verib. Xalqımızın zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirən bu mərasim haqqında geniş məlumat verən əməkdaşımız bildirib ki, inanca görə, Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatmışdır. Buna görə də qışın “oğlan çağı”nda Xızır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir. “Ölkəmizin mədəniyyət xəzinəsində ən önəmli yerini saxlamaqla yanaşı, xalqımızın tarixiliyini, qədimliyini göstərən bu cür bayramların qorunması və tanıdılması hər bir vətəndaşın borcudur”, – deyə Ə.Vəliyev vurğulayıb.
Müsahibənin linkinə buradan keçid edə bilərsiz.