Folklor İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Folklor İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

02 Fevral 2024, 14:23 / Konfranslar, İclaslar

02 fevral 2024-cü il tarixində AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə onlayn iclas keçirilib. İclasda AMEA Folklor İnstitutunun gənc alimləri – filologiya üzrə fəlsəfə doktoru Xanım Mirzəyeva, filologiya üzrə fəlsəfə doktoru Aygül Qurbanova, elmi işçi Günay Oruczadə, mütəxəssis Kəmalə Zeynalova, kadr üzrə mütəxəssis Elmiyyə Abdullayeva və qonaq qismində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin magistrantı, Almart studio kursunun rəhbəri Almaz İdrisova iştirak  ediblər.

Tədbirdə çıxış edən Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fil.ü.f.d. Xanım Mirzəyeva bildirib ki, gənclərimizin gələcəyimiz kimi dəyərləndirilməsi onlara böyük etimadın, inamın göstəricisidir. Gənclərimiz də bu diqqət və qayğını üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirməklə dəyərləndirirlər. X.Mirzəyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra çıxış edən gənc alimlər ölkəmizin hərtərəfli inkişafı üçün, dövlətimizin mənafeyini müdafiə etmək, layiqli vətəndaş kimi formalaşmaq üçün səylə çalışmalı olduqlarını qeyd ediblər.