Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

26 Yanvar 2024, 16:19 / Konfranslar, İclaslar

26 yanvar 2024-cü il tarixində AMEA Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, akademik Muxtar İmanov iclası açaraq, gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ nizam-intizam qaydalarına nəzarətin güclən­dirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Təhsil müəssisələrində əvəzçi kimi çalışan institut əməkdaşların iş qrafikinin müəyyənləşdirilməsi, elmi işçilərin fəaliyyətinin səmərəliliyinin artırılması və s. məsələlər müzakirə edilib.  

Sonra gündəlikdəki ikinci – AMEA Folklor İnstitutunun strukturunun “AMEA-nın elmi müəssisələrinin nümunəvi təşkilati strukturu”na uyğunlaşdırılması haqqında məsələ müzakirə olunub. Məsələ ilə bağlı institutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov məlumat verib. Bildirib ki, AMEA-nın Rəyasət Heyəti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ni əsas tutaraq, AMEA-nın elmi-tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğunlaşdırılması haqqında qərar (09.01.2024-cü il tarixli 14 №-li qərar) qəbul edib. Bu qərara əsasən AMEA Folklor İnstitutunun strukturu və ştat cədvəli “AMEA-nın elmi müəssisələrinin nümunəvi təşkilati strukturu”na uyğunlaşdırılaraq yenidən işlənilib.

Şura üzvləri qısa müzakirədən sonra Folklor İnstitutunun strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə qərar qəbul ediblər.