Akademik Muxtar İmanovun “Folklor və yazılı ədəbiyyat” mövzusunda mühazirəsi dinlənilib

Akademik Muxtar İmanovun “Folklor və yazılı ədəbiyyat” mövzusunda mühazirəsi dinlənilib

25 Yanvar 2024, 16:14 / Mühüm hadisələr

Yanvarın 25-də AMEA Folklor İnstitutunda institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bu müəssisənin doktorant və dissertantlarına “Folklor və yazılı ədəbiyyat” mövzusunda mühazirə deyib. Ədəbi düşüncənin şifahi və yazılı qatlarına yeni elmi baxış kontekstində yanaşan akademik ortaq poetika problemindən, aşıq sənətindən, dastanlardan, zaman və məkan məsələlərindən danışıb.

Mühazirədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli də iştirak edib.

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və geniş elmi diskussiya ilə davam edib.