Folklor İnstitutunun əməkdaşı Mədəniyyət TV-nin “Qızıl alma” verilişində qurd totemindən danışıb

Folklor İnstitutunun əməkdaşı Mədəniyyət TV-nin “Qızıl alma” verilişində qurd totemindən danışıb

12 Yanvar 2024, 22:00 / Müsahibələr, çıxışlar

Yanvarın 12-də AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Mədəniyyət TV-də aparıcı Aida Eyvazlının təqdimatında yayımlanan “Qızıl alma” verilişində türk xalqları arasında bir qüdrət simvoluna çevrilmiş qurd totemi haqqında danışıb.

Verilişdə t.ü.f.d. Zaur Həsənov, fil.e.d., prof. Firudin Cəlilov, türkiyəli araşdırmaçılar Nuray Bilgili və Ergenekon Savrun da mövzu ilə bağlı fikirlərini bölüşüblər.