Əməkdaşlarımız “Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

Əməkdaşlarımız “Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

26 Dekabr 2023, 14:37 / Mühüm hadisələr

23 dekabr 2023-cü il tarixində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı, neftçalalı alimlərin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “AZLİNG 2023 ­– Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Neftçala rayon Heydər Əliyev Mərkəzində baş tutan konfransda respublikanın tanınmış dilçi alimləri ilə yanaşı Türkiyə, Çin, İngiltərə kimi xarici ölkələrdən olan alimlər və gənc tədqiqatçılar iştirak ediblər.

Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları – Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova və Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova iştirak ediblər. Bölmə iclaslarında Nigar Həsənovanın “Neftçala folklorunda dialektizmlər”, Aynurə Səfərovanın isə “Folklor mətnlərinin dili” mövzusunda təqdim etdikləri məruzələri maraqla qarşılanıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, Neftçala Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgiyə baxış keçirilib.