Folklor İnstitutunun dosenti akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Folklor İnstitutunun dosenti akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

22 Dekabr 2023, 15:12 / Mühüm hadisələr

20-21 dekabr 2023-cü il tarixlərində AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq konfransa 218 iştirakçı, o cümlədən Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılıb.

Konfransda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova da iştirak edib. Bölmə iclasında əməkdaşımızın “Azərbaycan və Anadolu folklorunda qırxbasma və albasmadan qorunma ritualları” mövzusunda məruzəsi dinlənilib.