Folklor İnstitutunun əməkdaşları AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar

Folklor İnstitutunun əməkdaşları AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar

22 Dekabr 2023, 23:02 / Mühüm hadisələr

Dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb.

 İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, t.e.d. Fəzail Ağamalı, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Leyla Hüseynova və Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov çıxış ediblər.

Tədbirdə  “Heydər Əliyev İli” çərçivəsində kitabları nəşr olunmuş müəlliflər, o cümlədən Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Xəlilov və Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar.