XƏBƏRLƏR
Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğan AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlını mükafatlandırıb
Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində 10-14 dekabr 2023-cü il tarixlərində X Millətlərarası türk xalq kültürü konqresi keçirilib. Türkiyə Prezident Administrasiyasının Kitabxanasının akt zalında baş tutan tədbirdə Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy məruzə edərək ortaq türk dəyərlərinin araşdırılmasının və dünyada təbliğinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonra konqresin Elm və Dəyərləndirmə Komissiyasının 8 nəfər üzvünə Türk Elminə və Mədəniyyətinə göstərdikləri xidmətə görə xüsusi mükafatlar təqdim edilib.
Konqresdə dünyanın 14 ölkəsindən 250 nəfərə yaxın alim iştirak edib. Mükafata layiq görülən səkkiz nəfərin yeddisi Türkiyə Cümhuriyyətindən, biri isə Azərbaycan Respublikasından olub.
Türk birliyini əks etdirən dairəvi büllur çevrənin dayaq sütununda aşağıdakı cümlələr yazılıb:
“Türkiye Cumhuriyetinin yüzüncü yılı.
Prof. Dr. Ramazan Qafarlı, Bilim ve Düzenleme Kurulu Üyesi olaraq 10. Milletlerarası Halk Kültürü Kongresideki özverili çalışmalarınız kongremize değer katmışdır.
Kültürümüzü zenginleşdirmek, korumak ve geleneksel yöntemlerle gelecek nesillere aktarmak adına gösterdiyiniz katkı için teşekkür ederiz.
Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığı”.
AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının türk ədəbiyyatı və folklorunun tədqiqində, təbliğində göstərdiyi əvəzsiz fəaliyyətinə qardaş Türkiyə Cümhuriyyətində yüksək qiymət verilməsi qürurvericidir.
Mükafatı alimə şəxsən birinci xanım Əminə Ərdoğan təqdim edib. Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy mükafatlandırılan alimləri təbrik edib.