AMEA Folklor İnstitutunda doktorluq imtahanları keçirilib

AMEA Folklor İnstitutunda doktorluq imtahanları keçirilib

18 Dekabr 2023, 18:00 / Mühüm hadisələr

18 dekabr 2023-cü il tarixində AMEA-nın Folklor İnstitutunda 5719.01 – “Folklorşünaslıq” və 5716.01 – “Azərbaycan ədəbiyyatı” fənlərindən fəlsəfə doktorluğu hazırlığı üzrə doktorluq imtahanları keçirilib. AMEA prezidentinin “Qış imtahan sessiyasının keçirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli 255 saylı sərəncamına əsasən institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun müvafiq əmri ilə doktorluq imtahanlarının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. İmtahanlarda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli də iştirak edib. “Folklorşünaslıq” ixtisası üzrə 1 nəfər, “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1 nəfər imtahan verib.

Nəticələr imtahan bitdikdən sonra imtahan sədri, akademik Muxtar Kazımoğlu-İmanov tərəfindən elan edilib.