Folklor İnstitutunun əməkdaşı İctimai radioda yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub

Folklor İnstitutunun əməkdaşı İctimai radioda yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub

18 Dekabr 2023, 09:58 / Mühüm hadisələr

Dekabrın 16-da AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə İctimai radioda aparıcı Pərvanə Nadirqızının təqdimatında yayımlanan “Can, Azərbaycan!” verilişində qonaq olub.

Əməkdaşımız sözügedən şöbənin 2022-2023-cü illərdə hazırlayıb nəşr etdirdiyi “Mərasim folkloru məsələləri” kitabının I və II saylarının araya-ərsəyə gəlməsi haqqında danışıb.

O qeyd edib ki, kitabda mərasim folkloruna aid müxtəlif istiqamətli nəzəri-metodoloji araşdırmalar yer alıb, institut səviyyəsində görülən işlər bir şöbə səviyyəsində fəaliyyət sferasına çevrilib.