Folklor İnstitutunun əməkdaşı Naftalanda şəhid ailələri ilə görüşdə  iştirak edib

Folklor İnstitutunun əməkdaşı Naftalanda şəhid ailələri ilə görüşdə iştirak edib

09 Dekabr 2023, 15:01 / Mühüm hadisələr

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Mehman və Vaqif Bayramov qardaşlarının valideynlərini ziyarət edib.

Görüşdə folklor ekspedisiyası məqsədilə Naftalana ezam olunan AMEA Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova da iştirak edib.

Ziyarət zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Görüşdə xalqımızın milli-mənəvi dəyərlərinin zənginliyindən, bu zənginliyin qorunub gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən işlərdən söhbət açılıb, Naftalan folkloru və bayatılarından danışılıb.