Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

23 Noyabr 2023, 15:21 / Konfranslar, İclaslar

23 noyabr 2023-cü il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov iclası açaraq, gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İclasın gündəliyindəki birinci məsələ AMEA Folklor İnstitutunda vakant vəzifələri tutmaq üçün seçkilərin keçirilməsi barədə olub. İnstitutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov sözügedən məsələ ilə bağlı məlumat verib. O bildirib ki, fil.e.d., prof. Əfzələddin Dağbəyi oğlu Əsgərov Türk xalqları folkloru şöbəsinin müdiri, fil.e.d., prof. Füzuli Xeyrulla oğlu Gözəlov Müasir folklor şöbəsinin müdiri, fil.e.d., prof. Seyfəddin Gülverdi oğlu Rzayev Mifologiya şöbəsinin müdiri, fil.ü.f.d., dos. Əziz Yusif oğlu Ələkbərov Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Sərxan oğlu Xəlilov Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. İlkin Fariz oğlu Rüstəmzadə Folklorun toplanması və sistemləşdirilməsi  şöbəsinin müdiri vəzifəsi üzrə, fil.e.d., prof. Ramil Manaf oğlu Əliyev isə Mifologiya şöbəsində baş elmi işçi vəzifəsi üzrə vakant yerlərə sənəd veriblər. Həmçinin aparıcı elmi işçi vəzifəsi üzrə 3, böyük elmi işçi vəzifəsi üzrə 3 və elmi işçi vəzifəsi üzrə 2 vakant yerə də sənəd qəbulu olub.

Sonra Elmi şuranın iclasında sözügedən vəzifələrə seçki keçirilib. Gizli səsvermə nəticəsində iddiaçılar iddia etdikləri vəzifələrə seçilmiş hesab ediliblər.

Daha sonra gündəlikdəki ikinci məsələ – Folklor İnstitutunun aparıcı elmi işçiləri fil.ü.f.d. Gülsümxanım Atabala qızı Hasilovaya və fil.ü.f.d. Gülnar Zakir qızı Osmanovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı səsvermə keçirilib.

Gizli səsvermənin nəticələri müsbət hesab edilərək, iddiaçıların dosent elmi adı alması üçün qərar verilib.