Əməkdaşlarımız Mədəniyyət TV-də yayımlanan “Ovqat” verilişinin qonağı olublar

Əməkdaşlarımız Mədəniyyət TV-də yayımlanan “Ovqat” verilişinin qonağı olublar

26 İyun 2023, 18:35 / Mühüm hadisələr

İyunun 23-də AMEA Folklor İnstitutunun əməkdaşları – Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə və Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Mədəniyyət TV-nin “Ovqat” verilişində qonaq olublar. Aparıcı Səyyarə Səyyafın təqdimatında yayımlanan verilişdə əməkdaşlarımız milli düşüncənin mühüm tərkib hissəsi olan atalar sözləri haqqında danışıblar. Söhbət zamanı xalqımızın sınaqdan çıxardığı həyat müşahidələrinin bədii ifadəsi olan atalar sözlərindən misallar da təqdim olunub.