ABUZƏR YAVƏR OĞLU GÜLMƏMMƏDOV
Abuzər Yavər oğlu Gülməmmədov 15 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1981-1992-ci illərdə Sabirabad rayon Qaralar kənd orta məktəbində oxumuşdur. 1993-1998-ci illərdə Bakı Biznes Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır.
1996-cı ildə Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyəti “Sənət” tədris-kommersiya mərkəzinin Mühasibat uçotu kursunun Mühasibat ixtisası üzrə tədris proqramının tam kursunu bitirmişdir.
2002-2004-cü illərdə Sabirabad rayon Qaralar kənd orta məktəbində psixoloq vəzifəsində işləmiş və İqtisadiyyatın Əsasları fənnindən dərs demişdir.
2005-ci ildən AMEA Folklor İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
Ailəlidir, bir oğlu, iki qızı var.
Tel: (+99412) 498-16-21/104
Mob: (+99455) 635-30-02
E-poçt: abuzer_gulmemmedov@mail.ru