Akademik Muxtar İmanovun moderatorluğu ilə ADU-da ”Müstəqilliyimiz gələcəyimizdir” adlı konfrans keçirilib

Akademik Muxtar İmanovun moderatorluğu ilə ADU-da ”Müstəqilliyimiz gələcəyimizdir” adlı konfrans keçirilib

Oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin təşkilatçılığı ilə “Müstəqilliyimiz gələcəyimizdir” adlı onlayın konfras keçirilib.


Konfransı giriş sözü ilə Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA Folklor İnsititutunun direktoru, akademik Muxtar İmanov açaraq, tədbir iştirakçılarını bu şanlı bayram – Azərbaycanın dövlət müstəqilliyinin 29-cu ildönümü münasibətilə təbrik edib. O, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etmək yolunda xalqımızın verdiyi mücadilədən, müstəqilliyin ilk günündən qarşılaşdığımız erməni terrorunun acı nəticələrindən söz açıb.

Akademik daha sonra Milli Məclisdə 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında konstitusiya aktı”nın qəbul olunmasından danışıb və bildirib ki, erməni işğalçıları yenicə qazandığımız müstəqilliyi hər vasitə ilə sarsıtmaq, xalqımızın iradəsini qırmaq istəyirdilər. Həmin illərdə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunması üçün mühüm işlər görüb. Akademik Heydər Əliyevin müstəqillik haqqında məşhur kəlamını xatırladıb: “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər çətindir!”