Akademik Muxtar Kazımoğlunun müraciətinə səs verirlər

Akademik Muxtar Kazımoğlunun müraciətinə səs verirlər

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bu il oktyabrın 9-da Qarabağ həqiqətlərilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müracətdə 30 ildən bəri Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də bütün cəbhəboyu yeni ərazilər işğal etmək məqsədilə ölkəmizə hücum etdiyi bildirilib, bu qanlı əməl pislənilib.


Adıçəkilən müraciət dünyanın müxtəlif ölkələrində çalışan 1500-dən cox elm adamına, hüquq müdafiəçiəsinə o cümlədən də Amerika, Almaniya, Çin, Braziliya, Argentina, Kolumbiya, Koreya, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistanda fəaliyyət göstərən 40-dan çox beynəlxalq təşkilata – Amerika Dövlət Departamentinə, UNESCO-ya, media qrumlarına, hüquq müdafiəçilərinə və fondlara göndərilib. Bu müraciətdən istifadə edərək Güney Koreyanın, İsveçin, Albaniyanın, başqa ölkələrin qəzet, jurnal və saytlarında Qarabağ həqiqətləri haqqında yazılar verilib.


Moldova Respublikasındakı Qaqauz Yeri Muxtar Resbublikasında nəşr olunan “Ana sözü” qəzeti AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlunun beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciətinin ingilis və rus dillərində mətinlərini nəşr edib, təqdimatla özünün facebook və twitter səhifəsində yerləşdirib.