Azərbaycan həqiqətləri dünyaya yayılır

Azərbaycan həqiqətləri dünyaya yayılır

Dosent Entela Muçonun adı yalnız AMEA Folklor İnstitutunun əməkdaşlarına deyil, respublikamızın elmi ictimaiyyətinə tanışdır. Azərbaycana gələrkən həmişə Folklor İnstitutunu ziyarət edən, əməkdaşları ilə görüşub fikir mübadiləsi edən bu işgüzar xanım Albaniya Respublikasının başkəndi Tiranada “Dostluq, Bilimsəl və Kültürəl Arnavutluk-Azərbaycan Dərnəyi” də qurmuşdur. Bu dərnək Azərbaycan həqiqətlərinin yayılmasında xeyli iş görmüşdür.


Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun Qarabağ savaşı ilə bağlı müraciəti dünyanın müxtəlif ölkələrində çalışan 1500-dən çox elm adamına, hüquq müdafiəçilərinə və Amerika, Almaniya, Çin, Braziliya, Argentina, Kolumbiya, Koreya, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistanda fəaliyyət göstərən 40-dan cox beynəlxalq təşkilata - Amerika Dövlət Departamentinə, UNESCO-ya, media qrumlarına, hüquq müdafiəcilərinə və fondlara göndərilmişdir. Bu müraciətdən istifadə edən “Dostluq, Bilimsəl və Kültürəl Arnavutluk-Azərbaycan Dərnəyi” başkanı, tarix elmləri doktoru Entela Muço Məktuba “Nacional” qəzetinin 24-31 oktyabr 2020-ci il sayında “20-ci yüzilliyin son onilliklərində Azərbaycan və Ermənistan” adlı bir məqalə çap etdirb. Xatırladaq ki, “Nacional” qəzeti Albaniyada, Kosovada, Makedoniyada, eləcə də Avropa və Amerkada yaşayan albanlar arasından geniş yayılır.


Məqalədə Sovet rəhbərliyinin gizli razılığını almış erməni seperatçılarının Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün apardıqları mübarizədən, Azərbaycan xalqının Moskvaya dirəniş göstərməsindən və erməni seperatçılarına qarşı apardıqları dirənişdən bəhs edilir. Məqalədə erməni seperatçılarının başladığı qeyri-qanuni hərəkatın hər iki tərəfdən on minlərlə insanın ölümünə səbəb olduğundan, 1 milyona yaxın azərbaycanlının evini, malını-mülkünü ataraq qaçqına çevrildiyindən, Rus hərbiçilərindən yardım alan erməni quldurlarının işğal etdikləri bölgələrdə dinc insanlara qarşı törətdikləri çinayətlərdən, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin yerinə yetirilmədiyindən söz açılır.


Azərbaycana böyük sevgisi olan, avşarlar haqqında tədqiqatlar aparan Entela Muço dünyada yaşayan albanlar arasında xalqımızın səsinə çevrilib. Respublikamızda baş verən hadisələr haqqında müntəzəm məqalələr yazır, toplantılar keçirir.


Aşağıda Entela Muçonun “Nacional” qəzetində Qarabağ savaşı ilə bağlı məqaləsinin surətini təqdim edirik.