Folklor İnstitutunun əməkdaşı informasiya savaşında iştiraka görə təltif olunub

Folklor İnstitutunun əməkdaşı informasiya savaşında iştiraka görə təltif olunub

44 günlük Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Parlaq qələbənin əldə olunmasında əsgərimizin rəşadətinə dəstək verənlərin ilk sırasında Azərbaycan alimləri yer aldı. İnformasiya savaşının kəsişmə nöqtələrində yer alan elm adamları düşmənin əsas silahlarından olan dezinformasiyanın qarşısının alınmasında mühüm rol oynadı. Dövlətimizin maraqlarının qorunması istiqamətində gedən informasiya savaşında fərqlənənlər sırasında AMEA Folklor İnstitutunun əməkdaşı Nigar İmaməliyeva da var.

II Qarabağ müharibəsi zamanı sosial-informasiya portallarında rus-ingilis dillərində ölkəni aktiv şəkildə təmsil edən gənc əməkdaş dövlətçilik maraqları-mızın qorunmasında, erməni yalanlarının yayılmasının qarşısının alınmasında xüsusi ilə seçilib. Əməkdaşımızın Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi web-portalında ölkə iqtisadiyyatı ilə bağlı geniş həcmli yazısı bu mənada xüsusilə seçilib. Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı Nigar İmaməliyevanın informasiya savaşında aktiv fəaliyyətini diqqətə alaraq, onu partiya adından xüsusi sertifikata layiq görüb. Rayon Təşkilatı gənc əməkdaşımıza gələcək elmi fəaliyyətində uğurlar arzulayıb və haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında oyandığı fəal rola görə təşəkkür edib.