Güney Koreyada Qarabağ savaşından danışılıb

Güney Koreyada Qarabağ savaşından danışılıb

Güney Koreyadakı Azərbaycan səfirliyinin müşaviri Vasif Əliyevin və Dongduk Qızlar Universitetinin doktorantı Leyla Məsimlinin Koreyada 350 min abunəçisi olan “Yeni gün” yutub kanalında Qarabağın azadlığı uğrundan gedən savaşdan və bu münaqişənin tarixindən danışılıb.Səfirliyin nümayəndəsi və azərbaycanlı tələbə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və Ermənistanın bu torpaqları 30 il ərzində işğal altında saxlaması haqqında geniş məlumat verib.Bundan əlavə sentyabrın 27-də Ermənistanın növbəti təxribatçı hücumundan sonra Azərbaycanın şanlı odusunun əks-hücum əməliyyatlarına başladığı və uğurla tarixi torpaqlarını azad etməsi Koreya auditoriyasının nəzərinə çatdırılıb.


Sizə aşağıda təqdim etdiyimiz linkdə Güney Koreyadakı Azərbaycan səfirliyinin müşaviri Vasif Əliyevin və Dongduk Qızlar Universitetinin doktorantı Leyla Məsimlinin çıxışı verilib.
아제르바이잔에 일어나고 있는 일 (w/ 바시프 알리예프 주한 아제르바이잔 대사관 부대사)


Bu verlişlərin hazırlanmasında və məqalələrin yazılmasında Azərbaycanın Güney Koreyadakı səfirliyinin fəaliyyəti ilə yanaşı AMEA Folklor İnstitutunun da xidmətləri var.


Belə ki, AMEA Folklor İnstitutu ilə Güney Koreyanın Dongduk Qızlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitutu arasında 2016-cı ilin fevralında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Dongduk Qızlar Universitetinin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru,professor Oh Eun-Kyunq bir neçə dəfə institutumuzda qonaq qismində olmuşdur.


Bu ilin senytabrında Qarabağın erməni işğalçılarından azad edilməsi uğrunda savaş başlayanda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu İmanov beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət ünvanlamışdır. Bu müraciətin Koreyada yayılmasında professor Oh Eun-Kyunq və onun yetirmələrinin də əməyi böyük olmuşdur.