Sönməz Abbaslının “Qarabağ folkloru: janr poetikası və mərasim ənənələri” kitabı çapdan çıxıb

Sönməz Abbaslının “Qarabağ folkloru: janr poetikası və mərasim ənənələri” kitabı çapdan çıxıb

Bu günlərdə AMEA-nın Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslının “Qarabağ folkloru: janr poetikası və mərasim ənənələri” adlı kitabı işıq üzü görüb.
Nəşr olunan kitab Azərbaycanın ayrılmaz parçası olan Qarabağın folklor mühitindən bəhs edir. Adıçəkilən mühitdə folklor janrlarının poetikası və mərasim ənənələri regiondan qeydə alınmış örnəklər əsasında elmi təhlil obyektinə cəlb edilmiş, xüsusən regionun sosial-mədəni özəllikləri ilə bağlı folklor nümunələrinin funksional semantikası və onun sosial proseslərə təsiri təhlil olunmuşdur. Mövzu ilə bağlı müsir elmi-nəzəri baxış kontekstində problem təhlil edilmiş və nəticələr əldə olunmuşdur. Kitab AMEA Folklor İnstitutunun “Azərbaycan folklorunun funksional strukturunun və onun sosial-mədəni proseslərə təsirinin multidissiplinar tədqiqi” elmi-tədqiqat proqramı çərçivəsində nəşr olunmuşdur.


“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Cəlal Bəydilidir (Məmmədov).
Kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarını işğaldan azad edən şanlı Azərbaycan Ordusunun parlaq qələbələrinə ithaf olunur. Qarabağ Azərbaycandır!