BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİ
AMEA Folklor İnstitutunun Beynəlxalq Əlaqələr Şöbəsi institutun beynəlxalq elmi mühitə inteqrasiyasını genişləndirmək, folklorşünaslıq sahəsində qlobal əməkdaşlıq imkanlarını inkişaf etdirmək və milli elmi nailiyyətlərin beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə fəaliyyət göstərir. Şöbə institutun beynəlxalq əlaqələr üzrə fəaliyyət planını hazırlayır və həyata keçirir.
Şöbənin əsas fəaliyyət istiqamətlərinə beynəlxalq layihələrdə iştirakın təmin olunması, xarici alim və mütəxəssislərlə görüşlərin təşkili, institutun elmi fəaliyyətinin beynəlxalq qurumlarda təbliği daxildir. Bununla yanaşı, müxtəlif ölkələrin elmi-tədqiqat müəssisələri, universitetləri və folklor mərkəzləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi, birgə seminar, konfrans və treninqlərin təşkili və keçirilməsi də şöbənin prioritet fəaliyyət sahələrindəndir.
Beynəlxalq Əlaqələr Şöbəsi institut əməkdaşlarının xarici elmi qurumlarla təcrübə mübadiləsinin təşkil olunmasına xüsusi diqqət yetirir, onların beynəlxalq elmi tədbirlərdə iştirakını dəstəkləyir və xarici elmi mühitə çıxış imkanlarını genişləndirir. Eyni zamanda, əməkdaşların xarici elmi qurumlara ezamiyyətlərinin təşkili, beynəlxalq elmi şəbəkələrə qoşulması və peşəkar əlaqələrinin inkişaf etdirilməsi istiqamətində sistemli iş aparılır.
Şöbə həmçinin folklorşünaslıq sahəsində həyata keçirilən elmi-tədqiqat layihələrinin beynəlxalq proqramlara inteqrasiyasını təşviq edir, beynəlxalq qrant və maliyyə imkanları barədə məlumatlandırmanı təmin edir və bu layihələrin dəstək qazanmasına yardım göstərir. Bununla yanaşı, beynəlxalq elmi yeniliklər və analitik məlumatlar əsasında institut rəhbərliyi və əməkdaşları mütəmadi şəkildə məlumatlandırılır, beynəlxalq elmi təşkilatlar və birliklərlə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
ƏMƏKDAŞLAR
Əli Hüseyn oğlu Şamilov
Əli Hüseyn oğlu Şamilov
Şöbə müdiri
İş telefonu /faks:
(+994 12) 571-77-85
Telefon:
(+994 55) 715-18-47
E-poçt:
alishamil@yahoo.com, alishamilaz@hotmail.com
Vəfa Qüdrət qızı Salehova
Vəfa Qüdrət qızı Salehova
Baş mütəxəssis
İş telefonu /faks:
(+994 12) 571-77-85
Telefon:
(+994 50) 670 55 56
E-poçt:
fateh.osmanlilar@gmail.com, azadruh@rambler.ru