MƏRASİM FOLKLORU ŞÖBƏSİ - Şəhla Akif qızı Hüseynli
Şəhla Akif qızı Hüseynli 1981-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin fakültənin bakalavr pilləsini, 2004-cü ildə isə həmin universitetin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə AMEA Folklor İnstitutunda elmi fəaliyyətə başlamışdır.
2016-cı ildə “Azərbaycan folklorunda epik formulların funksional-semantik xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1 monoqrafiyanın, 30-dan çox məqalənin, 1 kitabın tərtibçisidir.