MƏRASİM FOLKLORU ŞÖBƏSİ - Qalib Əmirağa oğlu Sayılov

24 aprel 1968-ci ildə Şamaxı rayonunun Həmyə kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə Həmyə kənd orta məktəbində təhsil almışdır. 1986-1988-ci illərdə keçmiş SSRİ hərbi qüvvələrində xidmət etmişdir. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hazırlıq fakültəsinə daxil olub. Lakin 1990-cı il yanvar ayının 20-də Sovet imperiyasının Azərbaycanda törətdiyi qətliama etiraz edərək universiteti tərk etmişdir.
1990-1995-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Dövrü mətbuatda çalışır. 1998-2002-ci illərdə Bakı Dövlət universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 1995-ci ildə Respublika Tələbə Gənclər İttifaqının Bakı şəhər Komitəsinin sədri, 1996-1999-cu illərdə müxtəlif mətbu orqanlarda müxbirlikdən baş redaktor vəzifələrinədək yüksəlmişdir.
1999-2003-cü illərdə “SJC Kompani” də müşavir vəzifəsində çalışıb. 2003-cü ildən AMEA Folklor İnstitutunda fəaliyyətini davam etdirir. 2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2014-cü ildə dosent elmi adı almışdır.
2018-ci ildə Kazakistan Respublikası Bayşev Üniversitetinin professoru, 2018-ci ildə Beynəlxalq Jalantös Bahadır ödülü, 2019-cu ildə Beynəlxalq Edigey Batır ödülü, 2019-cü ildə Türkiyə Akademiyasının “Türk Dünyasına Huzmət” üstün Ödülünə layiq görülüb.
2018-ci ildə TÜDBA TÜRK DÜNYASI BİLİMLƏR AKADEMİYASI kürücu heyətinə üzv seçilib. Türkiyə Cümhuriyyətinin 10-dan çox hakəmli dərgisinin hakəmi, 4 Beynəlxalq dərginin Azərbaycan və Orta Asiya ölkələri üzrə redaktorudur.
BDU-nun “Dil və Ədəbiyyat” jurnalının folklorşünaslıq üzrə redaktorudur.
TİKA-nın eksperti, TÜDBA-nın Ödülləndirmə Komisyonu üyesidir (üzvüdür).
Mərkəzi ofisi Türkiyə Mersin şəhərində olan Türk Dünyası Bilimlər Akademiyası yönetim kurulu üzvü və 2021-ci ildən Yönetim Kurulu Başkanıdır. 100-dən çox beynəlxalq elmi konfransda iştirak edib və 10-dan çox beynəlxalq elmi konfransının sədri və koordinatoru olub.
120 elmi məqalənin və 30 kitabın müəllifidir. Azərbaycanda bir ilkə də imza atıb. İlk dəfə olaraq ISLAM və Folklor mövzusunda doktorluq işi yazmışdır.
Özbəkistan Termez Dövlət Universitetinin “Dil, Ədəbiyyat və incəsənət” jurnalının Türkologiya üzrə redaktorudur. Azərbaycan humanitar elmlər sahəsində yeganə alimdir ki, skopus indeksli jurnalda 8 məqaləsi dərc edilmişdir.