MÜASİR FOLKLOR ŞÖBƏSİ - Tahir Talıb oğlu Orucov

Tahir Talıb oğlu Orucov
İş telefonu /faks:
Telefon: (+994 50) 356-73-75

Tahir Talıb oğlu Orucov 1960-cı il avqust ayının 1-də Tərtər (keçmiş Mirbəşir) rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1977-ci ildə Evoğlu kənd orta məktəbini bitirmiş, 1978-1980-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur. Tahir Orucov 1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına ADU) filologiya fakültəsində təhsil almışdır. Tələbəlik illərində Tələbə Elmi Cəmiyyətinin (TEC) tədbirlərində fəal iştirak etmişdir. 1981-1986-cı illərdə onun filologiyanın müxtəlif məsələlərinə-folklorşünaslığa, ədəbiyyatşünaslığa, dilçiliyə aid elmi və elmi-publisistik məqalələri BDU-nun “Elm”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində, “Azərbaycan”, “Ulduz” jurnalında və s. mətbuat orqanlarında nəşr olunmuşdur.

1986-cı ildə BDU-nu bitirdikdən sonra 1986-2001-ci illərdə təyinatla Ağcabədi və Tərtər rayonlarında müəllim, tədris işləri üzrə direktor müavini, “Ağdərə” qəzetdə müxbir, şöbə müdiri olaraq çalışmışdır. 2002-ci ildən Azəbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi əməkdaşıdır. 

T.Orucov 2008-ci ildə AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında “Qaravəlli janrının poetikası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2012-ci ildən AMEA Folklor İnstitutunun dosentidir. O, Azərbaycanda, Türkiyə Respublikasının Ankara, İstanbul, Antaliya, Ərzincan, Mersin, Ağrı, Burdu və s. şəhərlərində,  Şimali Kipr  Türk Respublikasının Nikosiya , Rusiya Federasiyasının Moskva şəhərində, Tatarıstan Respublikasının Kazan şəhərində və b. yerlərdə keşirilən 40-dan çox Beynəlxalq (Uluslararası) Konfrans, Konqres və Simpozyumlarda iştirak edib və müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.

Tahir Orucov folklorşünaslıq, nağıl, lətifə, qaravəlli, ədəbiyyatşünaslıq və dilçiliyə aid 6 kitabın, 100-dən çox yaxın elmi, 300-dən çox elmi-publisistik məqalələrnin müəllifidir. O, 2021-ci ildə “İdeoloji- mənəvi repressiya və Azərbaycan folklorşünaslığı (1920-1950-ci  illər)” mövzusunda doktorluq dissertasiyasını yazıb tamamlamışdır.  Dissertasiya işi artıq müdafiə ərəfəsindədir. Tahir Orucov hazırda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin  aparıcı elmi işçisi, İnstitut Həmkarlar İttifaqı Təşkilatının sədridir. Tahir Orucov eyni zamanda bütün Türk dünyasında yayımlanan Beynəlxalq (Uluslararası)  “Dədə Qorqud” jurnalının məsul katibi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir, iki övladı var.

Nəşr edilmiş kitabları:

- Azərbaycan xalq ədəbiyyatından seçmələr. (Qaravəllilər, oyunlar və xalq tamaşaları). Bakı: Şərq-Qərb, 2005, 312 səh.

- Azərbaycan folkloru antologiyası. XIV kitab, Dərbənd folkloru. Bakı: Səda 2006, 430 səh.

- Qaravəlli janrının poetikası. (Monoqrafiya) Bakı: Nurlan, 2009, 202 səh.

- Azərbaycan qaravəlliləri. Bakı: Elm və təhsil, 2013, 279 səh.

- Novruzşünaslıqda yeni üfüqlər. Bakı: Elm və təhsil, 2017, 188 səh.

- Qarabağ xalq oyunları və meydan tamaşaları. Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2017, 280 səh.