MÜASİR FOLKLOR ŞÖBƏSİ - Füzuli Xeyrulla oğlu Gözəlov

Füzuli Xeyrulla oğlu Gözəlov
İş telefonu /faks: (+994 12) 492-92-48
Telefon: (+994 55) 778-78-63

1990-cı ildən filologiya elmləri namizədi (fəlsəfə doktoru), 1997-ci ildən filologiya elmləri doktoru, professor. (Professor ünvanını Türkiyə Respublikasının Gaziantep Unversitetində 27.06.2008-ci ildə 19 No’lu yönətim kurulu toplantısının qərarı ilə almışdır.) Masallı bölgəsinin Xırmandalı kəndində 28 aprel 1958-ci ildə anadan olmuşdur.
İlk elmi əsəri 1987-ci ildə Gənc ədəbiyyatşünasların V pespublika konfransının materiallarında çıxmışdır.
Ali təhsilini 1979-1984-cü illər arasında Azərbaycan Dillər Universitetinin Fransız dili fakiltəsində fransız-ingilis dili müəllimi ixtisası üzrə almış, bu universiteti fərqlənmə diplomu ilə bitirmişdır.
1998-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1984-1987-ci illərdə İmişli bölgəsinin Əliqulular kəndində ingilis dili müəllimi işləmişdir.
1987-1990-cı illərdə Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Ədəbiyyat İnstitutunun məqsədli aspiranturasında oxumuş, vaxtından 6 ay əvvəl müdafiə edərək AMEA Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. Sonra elmi işçi, böyük elmi işçi, 1993-1995-ci illərdə isə “Ortaq türk ədəbiyyatı” şöbə müdiri vəzifəsində işləmişdir.
“Kitabi Dədə Qorqudun 1300 illik yubileyi” ilə əlaqədar olaraq 1997-1999-cu illərdə Yazıçılar Birliyi nəzdində Dədə Qorqud Ensiklopediyası hazırlama qurumunda baş redaktorun müavini işləmiş, ensiklopediya üçün 40-dan çox məqalə yazmışdır. 2003-cü ildən 2012-ci ilə kimi AMEA Folklor İnstitutunda aparıcı elmi işçi işləmişdir. 2012-ci ildən isə “Müasir folklor” şöbəsinin müdiri vəzifəsindədir.
1999-2008-ci illərdə Türkiyə Respublikası Gaziantep Universitetində qonaq müəllim vəzifəsində işləmişdir.
1993-cü ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyənin Antalya şəhərində “1-ci Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayı”nda, 2006-cı ildə Türkiyə nümayəndə heyətinin tərkibində Türkiyənin Antalya şəhərində “10-cu Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayı”nda və yenə də 2007-ci ildə Türkiyə nümayəndə heyətinin tərkibində Bakıda “11-ci Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayı”nda iştirak edərək məruzələr etmişdir.
2003-cü ildə Şah İsmail Xətai beynəlxalq simpoziumu və 2005-ci ildə Nəsimi beynəlxalq simpoziumunu düzənlədiyi üçün “Hüseyin Gazi Kültür ve Sanat vakfı” tərəfindən 18 iyun 2005-ci ildə “Türk Kültür və Biliminə Hizmət Ödülü” almıştır. 2006-cı ildə isə Bilimsəl Yayın Birinciliyinə görə “Ana hatlarıyla türk şamanlığı” adlı kitabı Türk Ocaqları Genəl Müdürlüyü tərəfindən 6 may 2007-ci ildə “Professor Osman Turan Başarı Ödülünə” layiq görülmüşdür.
Bu günə qədər Azərbaycan, Özbəkistan, Türkiyə, Makedoniya, Ukrayna və İran olmaqla müxtəlif ölkələrdə beynəlxalq elmi jurnallar, beynəlxalq indekslər tərəfindən taranan və social science citation indexə girən beynəlxalq jurnallar da daxil olmaqla müxtəlif jurnallarda, ensiklopediyalarda 150-dən çox elmi məqaləsi, toplam 34 kitabı, o cümlədən 21 monoqrafiyası çap olunmuşdur. 15 kitabı Türkiyənin böyük nəşriyyatlarında, 1 kitabı isə İranda çapdan çıxmışdır. Bəzi kitabları 3-4 dəfə təkrar nəşr olunmuşdur. Məsələn “Mitolojiyə giriş” (4 dəfə), “Ana xətləriylə türk şamanlığı” (4 dəfə), “Türk mitolojisi” (3 dəfə), “Şaman əfsanələri” (3 dəfə) və s.
Füzuli Bayatın əsas elmi araşdırma istiqaməti:
• türk dastançılığı,
• türk mifologiyası,
• türk şamanlığı,
• türk xalq sufizmi,
• müasir folklorun problemləridir.
Bu istiqamətlərlə bağlı o kitab və məqalələr yazmış, simpozium və konfranslarda məruzələr etmişdir. Folklorun müasir vəziyyəti və dünya səviyyəsində öyrənilməsi həmişə F.Bayatın diqqət mərkəzində olmuş, bununla bağlı o, şifahi tarix (2009), söyləyici və söyləyicilik (2009), mənkabə (2010), memorat (2012), fakelor, dini folklor (2013) kimi yeni folklor janrları haqqında Azərbaycan folklorşünaslığında ilk dəfə olaraq məqalələr yazmış, folklorçuları bu sahələrdə tədqiqat aparmağa istiqamətləndirmişdir.
Füzuli Bayat folklorun nəzəri məsələləri ilə bağlı yazmış olduğu “Folklor haqqında yazılar (Nəzəri məsələlər)”, Elm və təhsil, B., 2010 və “Folklor dərsləri”, Elm və təhsil, B., 2012 adlı kitablarında XXI yüzildə folklorun öyrənilmə istiqamətlərini müəyyənləşdirmişdir. Bunlar:
qadın folkloru,
ailə folkloru,
bazar folkloru,
şəhər folkloru,
köç folkloru,
şifahi tarix,
memorat,
xalq sufizmi və folklor və s.dir. Hazırda bu istiqamətlərin bəziləri folklorçular tərəfindən tədqiq edilməyə başlanmışdır.

Monoqrafik kitabları:

1. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı: Sabah, 1993, 195 səhifə
2. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı: Ağrıdağ, 1997, 101 səhifə
3. Korkut Ata. Mitolojiden gerçekliğe Dede Korkut. Ankara: KaraM, 2003, 89 səhifə
4. Köroğlu. Şamandan aşıka, alptan erene. Ankara: Akçağ, 2003, 176 səhifə
5. Türk dili tarihi. Başlangıçtan günümüze kadar türk dili. Ankara: Yol, 2003, 2. Nəşr, Çorum: KaraM, 2006, 323 səhifə (2 nəşri var)
6. Mitolojiye giriş. Çorum: KaraM, 2005, 2. Nəşr, İstanbul: Ötüken, 2007, 144 səhifə (4 nəşri var)
7. Ay kültünün dini-mitolojik sisteminde türk boy adları etimolojisi. Ankara: 3ok, 2005, 173 səhifə
8. Ana hatlarıyla türk şamanlığı. İstanbul: Ötüken, 2006, 304 səhifə (4 nəşri var)
9. Oğuz destan dünyası. Oğuznamelerin tarihi, mitolojik kökenleri ve teşekkülü. İstanbul: Ötüken, 2006, 328 səhifə (2 nəşri var)
10. Türk mitolojik sistemi. Ontolojik ve epistemolojik bağlamda türk mitolojisi, Cilt: 1. İstanbul: Ötüken, 2007, 380 səhifə (3 nəşri var)
11. Türk mitolojik sistemi. Kutsal dişi – mitolojik ana, Umay paradigmasında ilkel mitolojik kategoriler – iyeler ve demonoloji, Cilt: 2. İstanbul: Ötüken, 2007, 368 səhifə (2 nəşri var)
12. Büyük türk bilgini ve ansiklopedisti Kaşgarlı Mahmut. İstanbul: Ötüken, 2008, 183 səhifə (2 nəşri var)
13. Türk destancılık tarihi bağlamında Köroğlu destanı (Türk dünyasının Köroğlu fenomenolojisi). İstanbul: Ötüken, 2009, 204 səhifə
14. Türk kültüründe kadın şaman. İstanbul: Ötüken, 2010, 187 səhifə (3 nəşri var)
15. Folklor haqqında yazılar (Nəzəri məsələlər). Bakı: Elm və təhsil, 2010, 208 səhifə
16. Dər Amadi bər Osturaşinasi (Ostureşinaseyi Torkan), (Mutercim Kazım Abbasi). Təbriz: Yaran, 1390 (2011), 211 səhifə
17. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı: Elm və təhsil, 2011, 440 səhifə
18. “Koroğlu” dastanının mənşəyi. Bakı: Elm və təhsil, 2012 (Xatirə Bəşirli ilə birlikdə), 192 səhifə
19. Folklor dərsləri. Bakı: Elm və təhsil, 2012, 424 səhifə
20. Azərbaycan folkloru və yazılı ədəbiyyat. Bakı: Elm və təhsil, 2013 (Xatirə Bəşirli ilə birlikdə),
21. Kərbəla folkloru. Məhərrəmlik rituallarından Şəbih meydan tamaşalarına. Bakı: Elm və təhsil, 2014, 292 səhifə

Tərcümə və tərtib kitabları:

1. Zaman zaman içində. Türk xalqlarının nağılları. Bakı: Yazıçı, 1993, 208 səhifə (özbək, qazax, rus, türkmən, qaqauz dillərindən tərcümə)
2. Şaman əfsanələri və söyləmələri. Bakı: Yazıçı, 1993 (C. Məmmədovla birlikdə), 144 səhifə (rus dilindən tərcümə)
3. Əlişir Nəvai haqqında rəvayətlər. Bakı: Yazıçı, 1994, 112 səhifə (özbək dilindən tərcümə)
4. Şah Abbasın arvadı. Bakı: Yazıçı, 1996, 243 səhifə (toplama və tərtib)
5. X. Koroğlu, Oğuz qəhrəmanlıq eposu. Bakı: Yurd, 1999 (A. Əmrahoğlu, P. Əlioğlu, Ş. Əhmədovla birlikdə), 244 səhifə (rus dilindən tərcümə)
6. Türk şaman metinleri. Efsaneler ve memoratlar. Ankara: Piramit, 2004, 2. Nəşr, Ankara: 3ok, 2005, 307 səhifə (rus dilindən tərcümə və giriş məqaləsi)
7. Eski türkçe sözlük. İstanbul: Yalın yayıncılık, 2008 (M.Esen Aliyeva ilə birlikdə), 255 səhifə
8. Orta türkçe sözlük. İstanbul: Yalın yayıncılık, 2008, 576 səhifə
9. Zahirəddin Məhəmməd Babur, Baburnamə. Bakı: Avrasiya Press, 2011 (Çağataycadan tərcümə, giriş məqaləsi)
10. Övliya mənkabələri və ya türk dərvişlərinin kəramətləri. Bakı: Elm və təhsil, 2013 (Rus, özbək, türkcədən tərcümə, giriş məqaləsi)
11. Masallı folklor örnəkləri, 1-ci kitab. Bakı: Elm və təhsil, 2013 (Toplama, tərtib və giriş məqaləsi)
12. Masallı folklor örnəkləri, 2-ci kitab. Bakı: Nurlan, 2013 (Toplama, tərtib və giriş məqaləsi)
13. Charles Perrault (Şarl Perro), Sadədil anamın nağılları. Bakı: Nurlan, 2013 (Fransız dilindən tərcümə və giriş məqaləsi)

e-mail: [email protected]