CƏNUBİ AZƏRBAYCAN FOLKLORU ŞÖBƏSİ - Mətanət Maşallah qızı Abbasova
Filologiya elmləri doktoru, dosent (8 noyabr 1974, Fizuli ş.)
1991-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1994-2001-ci illərdə “Naxçıvan” Universitetində müəllim kimi fəaliyyət göstərmişdi.
1997-ci ildə AMEA Ədəbiyyat İnstitutunun dissertantı olmuş, 2005-cü ildə “Klassik Azərbaycan hekayəsində bədii simvol” mövzusunda namizədlik işi mudafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
2003-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində “Humanitar fənlər” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.