MİFOLOGİYA ŞÖBƏSİ - İlhamə Cəlal qızı Qəsəbova

İlhamə Cəlal qızı Qəsəbova
İş telefonu /faks: (+994 12) 498-16-21
Telefon: (+994 55) 904-71-72

Qəsəbova İlhamə Cəlal qızı 1974-cü il 6 noyabrda Qazax rayon Çaylı kəndində anadan olmuşdur. 1991-1996-ci illərdə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.


1998-2014-cü illərdən AMİ-nin Qazax filialında “Azərbaycan dili, Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.


2007-ci ildə AMEA-ın Folklor institutunun aspiranturasına daxil olmuşdur. “XX əsr Qazax aşıq mühiti” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir [2014]. 2018-cı ildən dosent elmi adını almışdır.


2021-ci ildə İnstitutun “Folklorşünaslıq” ixtisası üzrə filologiya üzrə elmlər doktorluğu üzrə doktoranturasına qəbul olmuşdur. Hazırda “Ozan-aşıq-baxşı yaradıcılığında ənənə performativlik və variativlik problemləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.


Azərbaycan da daxil olmaqla Türkiyə, Gürcüstan, Rusiya, Fransada keçirilən konfrans və simpoziumlarda fəal iştirak edir. 15-i xaricdə olmaqla, 40- a yaxın məqalə və tezisin müəllifidir.


Hacı Kərim Sanılının həyat və yaradıcılığına həsr edilmiş "Azərbaycan aşiqi" [2004], XX əsr qazax aşıqları və el şairləri [2009] kitablarınnın müəllifi, Şair Qulunun həyat və yaradıcılığı [2007], Şair H. Qaracayevin həyat və yaradıcılığı [2008], kitablarının toplayıb tərtib etmişdir. "XX əsr Qazax aşıq mühiti" [monoqrafiya 2015], Cəlal Qəhrəmanovun sənət yolu [ monoqrafiya 2018] kitabının müəllifidir. Ali məktəblərin bakalavr sistemi üçün "Azərbaycan Şifahi xalq ədəbiyyatı" [ikili müəlliflə-Professor Ramil Əliyev, F.ü.f.d İlhamə Qəsəbova, 2015], dərs proqramının müəlliflərindəndir.


2019-cu ildə "Məni də apar, komandir" sənədli romanı işıq üzü görüb.


Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Prezident təqaüdü"nə layiq görülüb [2018].


2014-cü ildən AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində çalışır. Hazırda aparıcı elmi işçidir.