KLASSİK FOLKLOR ŞÖBƏSİ - Nail Məhəbbət oğlu Qurbanov
(1979, Sumqayıt şəhəri) –f.ü.f.d.
1986-1996-cı illərdə Sumqayıt şəhərində 24 saylı orta məktəbdə təhsil almışdır. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetitinin filologiya fakültəsini magistr dərəcəsində bitirmişdir. 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunun aspiranturasında təhsil almışdır.
Əmək fəaliyyətinə 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda başlamışdır.
2011-ci ildə “Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlər” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.
30-dan artıq məqalənin və “Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlər” adlı monoqrafiyanın müəllifidir.
Müxtəlif elmi konfranslarda məruzələrlə iştirak edib.