AŞIQ YARADICILIĞI ŞÖBƏSİ - Elxan Hüseynqulu oğlu Məmmədli

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləmiş və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli həmin ildən böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür. 1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 2 monoqrafiya (“Təcnis sənətkarlığı”. Bakı: Nafta-Press, 1998; Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti. Bakı: Nurlan, 2014), 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur.
1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olmuşdur.
1999-cu ildən Aşıq yaradıcılığı şöbəsinin müdiridir.
2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Elxan Məmmədlinin anadan olmasının 60 illiyi ilə əlaqədar şöbənin əməkdaşı Vüsal Abiyev “Elxan Məmmədli – 60” (Bakı: Ağrıdağ, 2006, 335 səh.) və 70 illiyi münasibəti ilə “Elxan ömrü – saz ömrü” (Bakı: Ağrıdağ, 2016, 336 səh.) kitablarını tərtib etmişdir.
Elxan Məmmədlinin elmi əsərlərinin siyahısı
Kitablar:
- Təcnis sənətkarlığı (monoqrafiya). Bakı: Nafta-Press, 1998
- “Bir dənəm” şeirlər kitabı. Bakı: “Nafta-Press”, 2006
- Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti. Bakı: Nurlan, 2014
Tərtib etdiyi və redaktoru olduğu kitablar:
- Şirvanlı aşıq Mirzə Bilal bu günün gözü ilə (ön söz əvəzi). Şirvanlı aşıq Bilal” kitabı. Redaktor Elxan Məmmədli. Seyfəddin Qəniyevlə birgə. Bakı: Nurlan, 2003
- Azərbaycan bayatıları. Elxan Məmmədli, Qızılğül Babazadə, Bəhlul Abdulla. Bakı: Nurlan, 2003
- “Ruhun şad olsun, ustad”. Məhərrəm Hüseyinlinin “Aşıq Əkbər oxuyanda kitabı”. “Şuşa” nəşriyyatı, 2004, səh. 74-78
- Burdan bir atlı keçdi. “Bənövşə” (Aşıq Kamandarın şeirlərindən ibarət kitab). Bakı: Nurlan, 2004
- Təbib Eldar “Sazın sözü” şeirlər kitabı. Redaktor Elxan Məmmədli. “Ön söz”. Bakı: Nərgiz, 2005
- Aşıq İsfəndiyar “Yetmiş yaşın zirvəsində” məqaləsi. “Baş Sarıtel” kitabı. Redakor: Elxan Məmmədli. Bakı, Səda, 2007
- Çoban Məhəmməd (şeirləri və dastanları). Redaktoru Elxan Məmmədli. Bakı: Nurlan, 2008
- Azərbaycan folkloru külliyyatı. XXX cild. Tərtib edəni: Elxan Məmmədli. Bakı: Elm və təhsil, 2012, 420 səh.
- “Borçalı folklor örnəkləri” I kitab. Tərtib edəni: Elxan Məmmədli. Bakı: Elm və təhsil, 2013
- “Borçalı folklor örnəkləri”, II kitab. Tərtib edəni və çapa hazırlayanı: Elxan Məmmədli. Bakı: Elm və təhsil, 2013
- Aşıq Talıb. Könlüm vətən arzular. Redaktoru: Elxan Məmmədli. Bakı: Elm və təhsil, 2013, 100 səh.
- Aşıq Əşrəf Qəni. Buludlar ağlayır. Tərtib edəni: Elxan Məmmədli. Bakı: Nurlan, 2013
- Aşıq Gülabı. Mən olmayanda. Tərtib edəni: Elxan Məmmədli. Bakı: Elm və təhsil, 2013, 112 səh.
- Şair Nəbi Borçalı. “Sığındım Mövlaya” kitabı. “Şair Nəbi Borçalının həyatı, şeirlərinin toplanma təşəbbüsü və öyrənilməsi” məqaləsi. Toplayanı, tərtib edəni və çapa hazırlayanı: Elxan Məmmədli. Bakı, Elm və təhsil, 2013
- Aşıq Mustafa Şıxlinski. Tərtib edəni: Elxan Məmmədli. Bakı: Elm və təhsil, 2014, 104 səh.
- Nizami Xəlilov. “Heca vəzni və aşıq sənətinin yaranma tarixi” monoqrafiya. Elmi redaktoru: Elxan Məmmədli. Bakı: “Xəzər” Universiteti, 2014
- Ələddin Dəmirçi. Sən kövrəlmə, mən kövrəlim. Çapa hazırlayanı və redaktoru Elxan Məmmədli. Bakı: Elm və təhsil, 2014
- Azərbaycan aşıq şeiri antologiyası. I-III cildlər. Redaktoru və tərtibçilərdən biri. Bakı: Şərq-Qərb, 2017
Məqalələri:
- Görüşümüz baş tutmadı (Aşıq Xanlar Məhərrəmov – 60). “Ozan dünyası” jurnalı. 02 (2010), s. 36-40
- El şairi Ağacan Cabbar oğlu Cabbarlı. “Dədə Qorqud” elmi-ədəbi toplu. Bakı: Nurlan, 2/2012, s. 131-141.
- Aşıq Bəhram Həsənov. “Ozan dünyası” jurnalı. 4 (15) 2013, s. 69-70
- Mənim tanıdığım Hüseyn Saraçlı. “Ozan dünyası” jurnalı. 6 (27) 2015, s. 9-21
- Ustad görməyənin işi xam qaldı. “Ozan dünyası” jurnalı. 1 (22) 2015, s. 34-35
- Dədə ozanlar yadigarıydı. “Folklor və etnoqrafiya” jurnalı. № 01 (46), 2016, s. 49-60
- Aşıq Xındı Məmmədin poetik irsi. “Folklor və etnoqrafiya” jurnalı. № 01 (47), 2016, s. 55-64