DƏDƏ QORQUD ŞÖBƏSİ - Xalidə Şaiq qızı Məmmədova

1978-ci il yanvarın 13-də Quba rayonunda anadan olmuşdur. 1984-cü ildə Sumqayıt şəhəri 31 saylı məktəbin birinci sinfinə gedib. 1994-cü ildə Sumqayıt şəhəri 28 saylı orta məktəbi bitirib Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.
1998-ci ildə təhsilin bakalavr pilləsini başa vuraraq BDU-nun jurnalistika fakültəsinin magistratura pilləsinə qəbul olunub.
2000-ci ildə təhsilinin magistr pilləsini bitirib Radio-televiziya jurnalisti ixtisasına yiyələnib.
2003-cü ildən AMEA Folklor İnstitutunda çalışır.
2017-ci ildə AMEA Folklor İnstitutunun doktoranturasına qəbul olunub, 2020-ci ildə oranı bitirmişdir.
2022-ci il fevralın 16-da “Azərbaycan folklorunda möcüzəli doğuluş motivi” adlı dissertasiya müdafiə etmiş, 2023-cü il iyunun 16-da filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Hal-hazırda AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsində aparıcı elmi vəzifəsində çalışır.