QƏRBİ AZƏRBAYCAN FOLKLORU ŞÖBƏSİ - Nigar Eldar qızı Həsənova

fil.ü.f.d., dosent aparıcı elmi işçi
26 yanvar 1980-ci ildə Yevlax şəhərində anadan olub.
1996-cı ildə Yevlax şəhəri, 8 saylı orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin fakültənin bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2006-cı illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyanı aspirantı olmuşdur. 2010-cu ildə “Azərbaycan dilinin Yevlax şivələrinin leksikası” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.
22.02.2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda "Dədə Qorqud" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2016-cı ildən aparıcı elmi işçi vəzifəsində işləyir.
30-a qədər elmi məqalənin müəllifi, bir neçə kitabın elmi redaktorudur. “Yevlax şivələrinin leksiksı (folklor materialları əsasında)” adlı monoqrafiyanın müəllifidir.
20 ilə yaxındır, pedoqoji fəaliyyət göstərir.
Ailəlidir, 2 övladı var.