FOLKLOR NƏZƏRİYYƏSİ ŞÖBƏSİ - Fidan Atakişi qızı Qasımova

FİDAN ATAKİŞİ qızı QASIMOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Folklor nəzəriyyəsi şöbəsinin müdiri
Fidan Atakişi qızı Qasımova 7 mart 1979-cu ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. 1996-cı ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Аilologiya fakültəsində, 2000-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsində təhsil alıb.
Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialında laborant kimi başlamış, 2003-cü ildən Naxçıvan Müəllimlər İnstitutunda müəllim vəzifəsində işləmişdir. 2004-cü ildən AMEA Folklor İnstitutunda fəaliyyətini davam etdirir. Hal-hazırda AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiridir.
AMEA Folklor İnstitutunda Dissertasiya Şurası nəzdində Elmi seminarın üzvüdür. 2008-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) imtahan rəhbəri kimi fəaliyyət göstərir. Türkiyədə nəşr olunan beynəlxalq indeksli “Folklor Akademi” elmi jurnalının redaksiya heyyətinin üzvüdür.
2012-ci ildə “Azərbaycan folklorunda mədəni qəhrəman və onun transformasiya formaları” mövzusunda dissertasiya müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, ardınca dosent elmi adı almışdır. Elmlər doktoru elmi dərəcəsi almaq üçün “Oğuz və kelt eposlarında süjet və obrazların tipologiyası” mövzusunda yazdığı dissertasiya işi yekunlaşmaq üzrədir. F.A.Qasımovanın elmi əsərləri xarici ölkələrdə də çap edilmişdir. O, Rusiya və Türkiyədə keçirilən beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.
2016-cı ildə “Uluslararası Türk Dünyası Eğitim Bilimleri ve Sosyal Bilimler” konqresində “Hoca Ahmet Yasevi Araştırmacı Ödülü”, 2018-ci ildə “Dede Korkut Başarı Ödülü”nə layiq görülmüşdür. 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə və 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Humanitar Elmlər Bölməsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Fil.ü.f.d.,dos. Fidan Atakişi qızı Qasımovanın elmi əsərlərinin S İ Y A H I S I