TÜRK XALQLARI FOLKLORU ŞÖBƏSİ - Tahir İskəndər oğlu Nəsib

Tahir İskəndər oğlu Nəsib
İş telefonu /faks: (+994 12) 498-16-21/111
Telefon: (+994 50) 476-92-68

1956-cı il 1 dekabrda Qərbi Azərbaycanın (Ermənistanın) Amasiya rayonunun Oxçoğlu kəndində anadan olmuşdur. 1973-cü ildə orta məktəbi, 1980-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (Hazırkı Bakı Slavyan Universiteti) bitirib. 1980-1984-cü illərdə Ağbaba mahalının Amasiya rayonunun Güllübulaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1984-1988-ci illərdə SSRİ EA-nın Dilçilik İnstitutunun Leninqrad bölməsinin qiyabi aspirantı olmuş, SSRİ EA-nın müxbir üzvü professor F.P.Sorokoletovun rəhbərliyi ilə Slavyan-Türk dastanlarının leksikasının müqayisəli təhlili istiqamətində araşdırma aparmışdır. Hazırda AMEA-nın Folklor İnstitutunda elmi işçidir.
Rus, erməni və alman dillərini bilir.
“Türk epik ənənəsi və “Oeser” dastanı ” mövzusunda elmi tədqiqat işi üzərində çalışır.
Araşdırmalarının bir hissəsi nüfuzlu elmi jurnallarında çap olunmuşdur.
Çap olunan məqalələri Respublika elmi ictimaiyyətinin diqqətini cəlb etmiş və yüksək dəyərləndirilmişdir. Həmin məqalələrə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının “Qızıl qələm” və “Nüfuzlu ziyalı” mükafatlarına layiq görülmüşdür.

KİTABI:

1. “Köroğlu” dastanları Osmanlı-Səfəvi münasibətləri çevrəsinde, kitab. Bakı, Elm-təhsil nəşriyyatı 2013, 150s
Məqalələr:
2. Türk şifahi xalq ədəbiyyatında şeirin yayılış şəkilləri (tırınqılar), “Elmi axtarışlar” , Bakı, 2005, XVI – s. 38-43
3. Tarixin ən qədim adlarından – Türk. “Elmi axtarışlar”, Bakı, 2009, № 1, səh. 32-64
4. Türksoylu xalqların ortaq qəhrəmanlıq dastanı “Qeser”də mənfi surətlərin yaranması səbəbləri. AMEA Folklor İnstitutunun “Elmi axratışlar” jurnalı, Bakı, 2009, № 3, səh. 82-97
5. Türklərdə əcdad “Kormos” ruh qavrayışı, bundan yaranma adlar və Dədə Qorqud haqda. AMEA Folklor İnstitutunun “Elmi axratışlar” jurnalı, 2009, № 1 səh. 109-141
6. Aşıq yaradıcılığında «Şeşəngi» havasının təşəkkül və təkamülü. AMEA Əlyazmalar İnstitutunun “Filologiya məsələləri” jurnalı,2011, № 7. Səh.367-379.

7.“Qeser” və “Koroğlu” dastanlarının genetik əlaqələrinin bəzi məqamları, AMEA Folklor İnstitututunun 21 dekabr 2011-ci il tarixli Azərbaycan Folkloru Avropa sivilzasiyası kontekstində simpoziumunun materialları. Bakı, 2012, səh. 122-130.
8. Nizami Gəncəvinin “Yeddi gözəl” əsərində Türk dünya qavrayışı və “Qeser” dastanı ilə uyğunluqlar , AMEA-nın Gəncə Bölümü . Gəncə, Nizamişünaslıq 2012, № 2
9. Genceli Nizami`nin Eserlerinde ve “Geser” Destanında Türksoyluların RenkKavramı, İstanbul Universitetində 2013-cü il may ayında keçiriləcək Beynəlxalq konfransa təqdim edilmiş məruzə, 0,5 m.v.
10. Ural-Altay Halklarının Ortak Mirası Geser Destanı, Əskişəhər Universitetində 2013-cü il may ayında keçiriləcək Beynəlxalq konfransa təqdim edilmiş məruzə, 0,5 m.v.