TÜRK XALQLARI FOLKLORU ŞÖBƏSİ - Əfzələddin Dağbəyi oğlu Əsgərov
Əfzələddin Dağbəyi oğlu Əsgərov 1958-ci ildə Naxçıvan MR-in Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur.
1966-1975-ci illərdə Qarabağlar kənd orta məktəbində oxumuşdur.
1975-1979-cu illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsində ali təhsil almışdır.
1979-1982-ci illərdə Qarabağlar kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
1982-1987-ci illərdə Azərbaycan SSR EA-nın Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
1992-ci ildə “Azərbaycan sehrli nağıllarında qəhrəman: səciyyəsi və mənşəyi” adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
Hazırda Folklor İnstitutunda Türk xalqları folkloru şöbəsinin müdiri vəzifəsində çalışır.