MÜHASİBATLIQ - Yusif Arif oğlu Rüstəmov

Yusif Arif oğlu Rüstəmov
İş telefonu /faks: (+994 12) 498-16-21
Telefon: ( +994 55/70) 396-10-43

16 aprel 1961-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1967-ci ildə Ağdam rayonunun Quzanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1975-ci ildə 8-ci sinifi bitirmişdir.
1975-ci ildə Bakı Maliyyə-Kredit texnikomuna qəbul olunub, 1978-ci ildə “Maliyyəçi” ixtisası üzrə bitirmişdir. 1979-1981-ci illərdə Naxçıvan MR-da hərbi xidmətdə olmuşdur.
1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Mühasibat Uçotu və Təsərrüfat Fəaliyyətinin Təhlili” fakültəsinə qəbul olub, 1991-ci ildə “İqtisadçı” ixtisası üzrə təhsilini başa çatdırmışdır.
1994-cü ildən “Azərlizinq” Şirkətinin “Sərvət” KM-də baş mühasib vəzifəsində işləmiş, 2001-ci ilin dekabr ayında öz xahişilə işdən azad olunmuşdur.
2002-ci ildən AMEA Folklor Elmi-Mədəni Mərkəzində, 2002-ci ildən isə Folklor İnstitutunda baş mühasib vəzifəsində işləyir.
2012-ci ildən “Folklorçular” İctimai Birliyinin üzvüdür.