KİTABXANA - Xalidə Əyyub qızı Hüseynova
Hüseynova Xalidə Əyyub qızı 1960-cı il oktyabrın 18-də Şamaxı şəhərində anadan olmuşdur. 1975-ci ildə 60 saylı və 1977-ci ildə 18 saylı orta məktəbdə təhsil almışdır. 1980-1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirib kitabxanaşünaslıq və biblioqrafiya ixtisası almışdır. 1989-cı ildə Dövlət Statistika Komitəsinin tədris kombinatına daxil olub və 1990-cı ildə mühasibat uçotunu bitirib.
2000-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Folklor sarayı” Elmi-Mədəni Mərkəzində baş mühasib, 2002-ci ildə “Dədə Qorqud” folklor dərgisi şöbəsində ədəbi işçi, 2004-cü ildə Folklor nəzəriyyəsi şöbəsində böyük laborant, 2006-cı ildə kadrlar şöbəsində mütəxəssis vəzifələrində çalışmışdır. 2014-cü ildən AMEA Folklor İnstitutunda kitabxana müdiri vəzifəsini icra edir.