TÜRK XALQLARI FOLKLORU ŞÖBƏSİ - Almaz Həsən qızı Hüseynova

Almaz Həsən qızı Hüseynova
İş telefonu /faks: (+994 12) 498-16-21/111
Telefon: (+994 50) 503-32-04

24 avqust 1959-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur.


1976-cı ildə Ordubad rayonunda orta məktəbi, 1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.


1973-cü ildə Ordubad musiqi məktəbini fortepiano ixtisası üzrə bitirmişdir.


2002-ci ildə “Azərbaycan mühacirət folklorşünaslığında dastançılıq məsələləri” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan mühacirət folklorşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Filologiya üzrə elmlər doktorudur.


4 monoqrafiya, 1 dərs vəsaiti, 1 proqram və 130 elmi məqalənin müəllifidir. 40-a qədər məqaləsi xaricdə – Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, İsveç, İran, Türkmənistan, Qazaxıstan, İngiltərə, Çin və başqa ölkələrdə nəşr edilmişdir. 20 beynəlxalq və respublika konfransında məruzələrlə iştirak etmişdir.


Azərbaycan Jurnalistlər Birliyinin (2003), mərkəzi ofisi İstanbulda yerləşən Kıbrıs, Balkanlar və Avrasiya Türk Ədəbiyyatları Qurumunun (2005), mərkəzi ofisi Pekində yerləşən Beynəlxalq Epos Araşdırmaları Cəmiyyətinin (The International Society for Epic Stydies – 2012) üzvüdür.


Hazırda AMEA Folklor İnstitutunda aparıcı elmi işçi, Bakı Qızlar Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru vəzifəsində çalışır.

 

Almaz Hüseynovanın elmi əsərlərinin siyahısı