AZSAYLI XALQLARIN FOLKLORU ŞÖBƏSİ - Seyfəl Həsən oğlu Həsənov
1955-ci il mayın 16-da Qusar rayonunda anadan olmuşdur. 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Filologiya elmləri namizədi, dosentdir. Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 2000-2004-cü illərdə yeni yaradılmış Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olmuşdur. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu (Universiteti) nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olmuşdur.
2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosentidir.
2021-ci ildən AMEA Folklor İnstitutu Azsaylı xalqların folkloru şöbəsinin aparıcı elmi işçisidir.