AZSAYLI XALQLARIN FOLKLORU ŞÖBƏSİ - Vüsal Arif qızı Səfiyeva

Vüsal Arif qızı Səfiyeva 1967-ci il yanvarın 21-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini S.S.Axundov adına 172 №-li məktəbdə almışdır.
1984-cü ildə məktəbi bitirib Dövlət Təchizat Komitəsinin “Azərmaştəchizsatış” idarəsinin “Avadanlıq” şöbəsində məlumat vəsaitinin işləyicisi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1985-1991-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1985-1996-cı illərdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında çalışmışdır. 1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat Katibliyinə işə qəbul olunmuşdur. 1996-1997-ci illərdə M.F.Axundov adına kitabxanada əmək fəaliyyətini davam etdirmişdir. 1997-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda (o vaxtkı “Folklor” Elmi-Mədəni Mərkəz) əmək fəaliyyətini davam etdirir.
Ölkə daxilində və xarici dövlətlərdə dərc olunmuş 10 elmi məqalə müəllifidir. Bu günə qədər respublika və beynəlxalq səviyyəli bir neçə konfransda iştirak etmişdir.
2016-cı ildə “Həmid Araslının folklorşünaslıq irsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Hazırda AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.