FOLKLORUN TOPLANMASI VƏ SİSTEMLƏŞDİRİLMƏSİ ŞÖBƏSİ - Aynur Elman qızı Cəlilova
22 may 1976-cı ildə Naxçıvan MR-in Naxçıvan şəhərində doğulmuşdur. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr pilləsini, 1999-cu ildə həmin universitetin Azərbaycan ədəbiyyatı üzrə magistraturasını bitirmişdir. 2007-ci ildə “Bayrək Quşçuoğlu şeirlərinin ideya-məzmun və bədii xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edib filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1998-2008-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində (sonradan AMEA Naxçıvan Bölməsi) kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 2015-ci ildən AMEA Folklor İnstitutunda elmi işçi olaraq çalışır. Hazırda Folklorun toplanması və sistemləşdirilməsi şöbəsində aparıcı elmi işçi vəzifəsini icra edir. Beynəlxalq və yerli simpoziumlarda iştirak edir. 2 əsər və 40-a yaxın məqalənin müəllifidir.