XƏBƏRLƏR

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək
AMEA FOLKLOR İNSTİTUTU
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş FOLKLORŞÜNASLIĞIN YENİ TARİXİ VƏ AKTUAL PROBLEMLƏRİ mövzusunda Respublika Elmi Konfransı
Bakı şəhəri, 3 noyabr 2023-cü il
Giriş sözü:
Akademik Muxtar İmanov – AMEA Folklor İnstitutunun baş direktoru
Məruzələr:
1. Fil.ü.f.d., dos. Rza Xəlilov – AMEA Folklor İnstitutunun Klassik folklor şöbəsinin müdiri
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində folklor məsələləri
2. Fil.ü.f.d., dos. Afaq Ramazanova – AMEA Folklor İnstitutunun icraçı direktoru
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti və azsaylı xalqlar
3. Akifə Xəlilova – AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi
Aleksandr Baqri və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Konfrans 3 noyabr 2023-cü il tarixində saat 10:00-da AMEA Folklor İnstitutunda keçiriləcəkdir. Maraqlananlar iştirak edə bilərlər.
Ünvan: AZ 1000, Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31