XƏBƏRLƏR
“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının 59-cu sayı çapdan çıxıb
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 59-cu sayı işıq üzü görüb. Filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə dərc edilən jurnalın bu sayında maraqlı elmi araşdırmalarla tanış olmaq mümkündür.
Toplunun bu sayında filologiya elmləri doktoru, professor Ramil Əliyevin “Degenerativ zamanda Basat”, filologiya elmləri doktoru Minaxanım Nuriyeva Təkləlinin “Türk sözləri əsasında formalaşan rus xalq atalar sözləri və deyimləri”, filologiya üzrə fəlsəfə doktoru Abdimurod Arslonovun “Qisasi-Rəbquzi”də şifahi xalq yaradıcılığına dair süjet və motivlər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Novruz mərasim kompleksi: çərşənbələrdən bayram axşamınadək”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “Dağlıq Şirvandan toplanmış folklor materiallarında mifoloji obraz və motivlər”, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyevanın “Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisində milli kimlik problemi”, filologiya üzrə fəlsəfə doktoru Abbasəli Əhmədoğlunun “Qorqud”, “Qorqut”, yoxsa...?”, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Edigey” dastanında pəri, qu quşu, Albastı obrazları”, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibovanın “Bayatı Qarabağ mədəniyyət kimliyinin simvolu kimi”, filologiya üzrə fəlsəfə doktoru Aygül Qurbanovanın “Azərbaycan folklorunda şeytanla bağlı mətnlər və H.Cavidin “İblis” konsepsiyası”, Südabə Həsənovanın “Havuş toy adətləri”, Aygün Əliyevanın “Hüseyn Cavidin “İblis” konsepti: transsendentlikdən romantik mifyaratmaya”, Mətanət Xəlilovanın “Qarabağ folklorunda bayatı janrı mərasim faktoru kimi”, Könül Əliyevanın “İsgəndər Zülqərneyn” nağılının motivlər sistemi” və filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Azərbaycan xalqının mifik kimlik dünyası” başlıqlı məqalələri yer alıb.