XƏBƏRLƏR
“Heydər Əliyev və şifahi xalq yaradıcılığı” kitabı işıq üzü görüb
AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Tahir Paşazadənin “Heydər Əliyev və şifahi xalq yaradıcılığı” kitabı nəşr olunub.
Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan milli humanitar fikrindəki yeri və rolu (müasir milli humanitar araşdırmalarda Heydər Əliyev fenomeni, onun milli-mənəvi quruculuq konsepsiyası), xalq dastanlarımızdakı mənəvi dəyərlərin aktuallaşdırılması sahəsindəki fəaliyyəti (Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” eposu; Heydər Əliyev və qəhrəmanlıq ideyası), aşıq yaradıcılığının inkişafındakı rolu (aşıq sənətinin institutlaşdırılmasında Heydər Əliyevin rolu; aşıq yaradıcılığında Heydər Əliyev obrazı), mərasim folkloru mədəniyyətinə verdiyi töhfələr (Heydər Əliyevin xalq mərasimlərini aktivləşdirməsi; Heydər Əliyev – mərasimlərin təşkilatçısı), Ulu Öndərin hikmətli deyimləri (Heydər Əliyevin hikmətli fikirlərinin tematik xüsusiyyətləri; Heydər Əliyevin aforizmlərinin struktur-semantik xüsusiyyətləri) kimi məsələlərdən bəhs olunur.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan 180 səhifəlik kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilovdur.