XƏBƏRLƏR
Əməkdaşımız ARB TV-də Od çərşənbəsindən bəhs edib
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu ARB TV-nin qonağı olub. Odla bağlı inanclar mövzusunda danışan qonaq bildirib ki, qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) əcdadımız öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə möhtac olmayıb. Türk düşüncəsindən gələn oda ilahi münasibət Zərdüştlükdə dünyabaxışın canı, rəmzləndirmə səviyyəsində mənalandırılıb. Odun üstündən atlanmaq köhnə mifoloji ildəki ağrı-acının odda yanıb yox olmasına inamdır. Burada çirkdən, günahdan odun gücüylə təmizlənmiş insanın yeni ilə arınmış halda keçməsinə inam yaşayır.