XƏBƏRLƏR
Əməkdaşımız Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda çıxış edib
3-4 may tarixlərində Özbəkistan Respublikasının Xivə şəhərində Özbə- kistan Respublikası Fənlər Akademiyası, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Xarəzm İcra Hakimiyyəti, Xarəzm Məmun Akademiyası, Ürgənc Dövlət Universiteti, Xarəzm Rayon Turizm və Mədəni İrs Baş İdarəsi, Xivə Şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Biruni və İbn Sina – II minilliyin taleyini dəyişən dahilər: Məmun Akademiyasının dünya elminin inkişafında rolu” möv- zusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış iclasında Özbəkistan Fənlər Akademiyasının vitse-prezidenti Bahrom Abduhali- mov, Xarəzm Mamun Akademiyasının direktoru İkram Abdullayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Qurban Məhəmmədrza, Xivə Şəhər İcra hakimi Dövlətov təbrik nitqləri ilə çıxış ediblər.
Konfransa xüsusi dəvət alan Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova da konfransın açılış iclasında çıxış edərək, bu kimi tədbirlərin özbək və Azərbaycan xalqlarının elmi-mədəni əlaqələ- rinin genişlənməsində və onların mənəvi birliyinin qorunub saxlanıl- masında əhəmiyyətini xüsusi vurğulayıb və Əbu Reyhan Biruninin yaşadığı dövrün ədəbi mühitindən bəhs edib. Əməkdaşımız çıxışında Biruninin yaşadığı dövrdə ərəbdilli ədəbiyyatla yanaşı, farsdilli və türkdilli ədəbiyyatın da ortaya çıxdığını və bu baxımdan fars dilində yazıb-yaratmış Rudəki və Firdovsi, eləcə də türk dilində cahanşümul əsərlər meydana gətirən Əhməd bin Sacdəddin Arquni və Yusif Balasaqunlu kimi ədiblərin də adının ilk sırada çəkilməsini qeyd edib.