XƏBƏRLƏR
“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın “Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası nəşr olunub.
Monoqrafiyada Azərbaycan koroğluşünaslığının tarixi, təşəkkülü və inkişaf istiqamətlərini müəyyənləşdirilib. Azərbaycan koroğluşünaslarının əsərlərinin vahid, bir-biri ilə əlaqəli, bir-birinin davamı kimi diqqətə alınması, “Koroğlu” eposunun tədqiq aspektləri, yararlanılan nəzəriyyə və elmi metodların dəyərləndirilməsi, Azərbaycan koroğluşünaslığının tarixi şərait və elmin inkişaf səviyyəsi ilə şərtlənən konkret mərhələlərinin müəyyən edilməsi, alim və tədqiqatçıların bu sahənin inkişafındakı xidmətləri və s. məsələlərin öyrənilməsi monoqrafiyanın əsas tədqiq istiqamətlərini təşkil edir.
“Qanun” nəşriyyatında işıq üzü görən 168 səhifəlik kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, rəyçisi isə akademik Nizami Cəfərovdur.