XƏBƏRLƏR

Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək
“AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞININ YENİ TARİXİ VƏ
AKTUAL PROBLEMLƏRİ”
mövzusunda respublika elmi konfransı
Salman Mümtaz (1884-1941) Azərbaycan ədəbiyyatşünaslığı və folklorşünaslığına mühüm töhfələr vermiş bir simadır. Filoloji aləmdə daha çox ədəbiyyatşünas kimi tanınmış alimin bir folklorşünas kimi də dərindən öyrənilməsinə çox ehtiyac vardır. Çünki Salman Mümtaz Azərbaycan folklorunun toplanması, tədqiqi və təbliği sahəsində də mühüm elmi nailiyyətlərə imza atmışdır. O, folklorşünaslıq sahəsində əsaslı tədqiqatlar apararaq Azərbaycan mədəni irsinin qorunub saxlanılması və tanıdılmasında tarixi xidmətlər göstərmişdir. Onun folklor mətnlərini dərindən təhlil etməsi, bu mətnlərin dil, mədəniyyət və tarix kontekstindəki yerini aydınlaşdırmağa kömək etmişdir.
30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş alim öz əsərləri ilə elmimizin tarixində dərin iz buraxmışdır. Bütün bunları nəzərə alaraq AMEA Folklor İnstitutu Azərbaycanın tanınmış ədəbiyyatşünas və folklorşünası Salman Mümtazın anadan olmasının 140 illiyi münasibətilə “Azərbaycan folklorşünaslığının yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirməyi planlaşdırmışdır. Bu konfrans, Salman Mümtazın folklorşünaslıq sahəsindəki fəaliyyətinin araşdırılması və Azərbaycan folklorşünaslığının müasir problemləri və inkişaf perspektivləri üzrə müzakirələr üçün nəzərdə tutulmuşdur.
Konfrans folklorşünaslar, tarixçilər, dilçilər, mədəniyyətşünaslar, tələbələr və bu sahəyə maraq göstərən hər kəs üçün açıqdır.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:
Muxtar Kazımoğlu-İmanov – akademik, AMEA Folklor İnstitutunun direktoru
Elmi heyət (əlifba sırası ilə):
Afaq Ramazanova – fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini
Ağaverdi Xəlil – fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutunun şöbə müdiri
Əziz Ələkbərli – fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Fidan Qasımova – fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
İlkin Rüstəmzadə – fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – fil.e.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Katib:
Könül Əliyeva – tar.ü.f.d., AMEA Folklor İnstitutunun böyük elmi işçisi
MÜHÜM TARİXLƏR:
- Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 25 may 2024-cü il tarixinədək mumtaz.salman@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
- Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 01 iyun 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
- Konfrans 14 iyun 2024-cü il tarixində keçiriləcəkdir.
- Məruzələrin tam mətni 30 iyun 2024-cü il tarixinə qədər təqdim edilməlidir.
- Konfransa təqdim edilən materiallar orijinal və əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır.
- Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları kitabına salınmayacaqdır.