Professor Əfzələddin Əsgərin “Folklor anlayışı: xüsusiyyətləri və tipləri” mövzusunda mühazirəsi dinlənilib

Professor Əfzələddin Əsgərin “Folklor anlayışı: xüsusiyyətləri və tipləri” mövzusunda mühazirəsi dinlənilib

05 Mart 2024, 10:52 / Konfranslar, İclaslar

Martın 5-də AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər institutun doktorant və dissertantlarına “Folklor anlayışı: xüsusiyyətləri və tipləri” mövzusunda mühazirə deyib. Professor folklor termininin elm aləminə gətirilməsi və qəbul olunması məsələləri, folklorun yazılı ədəbiyyatla oxşar və fərqli xüsusiyyətləri barədə danışıb, həmçinin verbal və qeyri-verbal folklordan, versiya və variant anlayışlarından söz açıb. “Folklor variantları müəyyən mənada bir-birini izah edir, folklorun variantlaşması təkcə ifanın sayı qədər variantın olmasından yaranmır, mətnlər həm də auditoriyadan asılı olaraq dəyişir. Şifahi ənənə müəyyən qanunlara tabe olan davranışlar toplusu, xalqı bir-birinə bağlayan kompleks münasibətlər sistemidir, – deyə alim bildirib.

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və geniş elmi diskussiyaya səbəb olub.