Əməkdaşımız AzTV-yə Kiçik çillə ilə bağlı müsahibə verib

Əməkdaşımız AzTV-yə Kiçik çillə ilə bağlı müsahibə verib

05 Fevral 2024, 08:31 / Müsahibələr, çıxışlar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Azərbaycan Televiziyasına (AzTV) Kiçik çillə ilə bağlı müsahibə verib. Əməkdaşımız bildirib ki, xalqımızın adət-ənənə və inanclarına görə Kiçik çillənin cəmi 20 gün ömrü var. Çillələr adından da bəlli olduğu kimi, çilə çəkmək, sıxıntı içində yaşamaq, çətinliklərlə üzləşmək deməkdir. Təsadüfi deyil ki, elə qışın bu çətinliklərini, əzab-əziyyətlərini dəf etmək üçün əcdadlarımız müəyyən ayinləri, mərasimləri yaradaraq inanıblar ki, bu ayin və mərasimləri icra etməklə hər əziyyətə, çiləyə sinə gərmək olar.